İstanbulda azərbaycanlıların toplaşdığı məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib

Region
  • 03 yanvar, 2017
  • 13:11
İstanbulda azərbaycanlıların toplaşdığı məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 3 yanvar. REPORT.AZ/ İstanbulun Halkalı rayonunda əsasən azərbaycanlıların toplaşdığı "Zeynəbiyyə" məscidində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda məscidə girişlər Türkiyənin xüsusi təyinatlı polisləri və zirehli avtomobillər vasitəsilə mühafizə olunur. 

Qeyd edək ki, məscid Türkiyədə "azərbaycanlıların məscidi" kimi tanınır.