​İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib

Region
  • 26 iyun, 2016
  • 19:39
​İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib

Bakı. 26 iyun. REPORT.AZ/ İsrail və Türkiyə rəsmiləri Romada aparılan danışıqların yekununda iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə israilli diplomatın bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Diplomatik münasibətlərin bərpası barədə rəsmi bəyanatın bazar ertəsi veriləcəyi gözlənilir.

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, bununla bağlı şərh verməyib.

44 - Tezliklə