​KİV: İrəvanda silahlı dəstənin ələ keçirdiyi polis bölməsinin azad edilməsi üzrə əməliyyat başlanıb

Region
  • 31 iyul, 2016
  • 07:56
​KİV: İrəvanda silahlı dəstənin ələ keçirdiyi polis bölməsinin azad edilməsi üzrə əməliyyat başlanıb

Bakı. 31 iyul. REPORT.AZ/ İrəvanda iki həftə əvvəl silahlı dəstə tərəfindən ələ keçirilən polis post-patrul xidməti alayı ətrafında mütəmadi olaraq partlayış və atəş səsləri eşidilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu səbəbdən Ermənistan hüquq-mühafizə orqanlarının silahlı dəstənin zərərsizləşdirilməsi və bölmənin azad edilməsi istiqamətində əməliyyata başladığı ehtimal edilir.

Rəsmi mənbələr baş verənləri hələ ki, şərh etmirlər.

44 filmi