​İranın XİN başçısı Ermənistan prezidenti ilə görüşəcək

Region
  • 26 yanvar, 2015
  • 09:55
​İranın XİN başçısı Ermənistan prezidenti ilə görüşəcək

Bakı. 26 yanvar. REPORT.AZ/Bu gün İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Ermənistana ikigünlük rəsmi səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 27-də iranlı nazirin Ermənistan prezidenti Serj Sarqsyan, parlamentin sədri Qalust Saakyan və baş nazir Ovik Abramyanla görüşəcəyi planlaşdırılıb.

Səfər M.Zərifin erməni həmkarı Edvard Nalbandyanın dəvəti əsasında gerçəkləşdirilir.

44 - Tezliklə