​İranın Qərbi Azərbaycan əyalətində hərbçilərlə kürd silahlıları arasında atışma olub, 10 əsgər ölüb

Region
  • 05 may, 2016
  • 11:25
​İranın Qərbi Azərbaycan əyalətində hərbçilərlə kürd silahlıları arasında atışma olub, 10 əsgər ölüb

Bakı. 5 may. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində İslam Respublikasının hərbçiləri ilə kürd silahlıları arasında atışma nəticəsində 10 əsgər həyatını itirib, 20-si yaralanıb.

"Report" xəbər verir ki, bunu İran Kürdüstan Demokratik Partiyası Şurasının üzvü Məhəmməd Saleh "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, İran-İraq sərhədi yaxınlığında yerləşən Sərdəşt rayonunda kürd silahlıları ilə İran hərbçiləri arasında atşıma düşüb: "Nəticədə 10 əsgər ölüb, 20-si yaralanıb. Öldürülən hərbçilərin 8-i haqda əlimizdə məlumat var. Onlardan biri bölgədəki yüksək rütbəli komandirdir".

İran İnqilab Keşikçiləri Qvardiyasının "badriyoon.ir" saytının məlumatına görə isə Sərdəştdə iki əsgər həyatını itirib, biri isə yaralanıb.