İranın nüvə proqramı Qazaxıstanda müzakirə ediləcək

Region
  • 28 noyabr, 2016
  • 06:16
İranın nüvə proqramı Qazaxıstanda müzakirə ediləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ ”İranın atom-nüvə proqramı ilə bağlı məsələ 2017-ci ilin sentyabrında Qazaxıstanda müzakirə ediləcək”.

“Report” “RİA Nosvosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkəsinin müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbirdə bildirib.

XİN başçısı deyib ki, gələn ilin sentyabrında Qazaxıstanda “altılıq”la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin- “Report”) İran arasında sülh və razılığa nail olmaq üçün nüvə proqramı üzrə iki mərhələli müzakirə keçiriləcək.

O qeyd edib ki, Qazaxıstan keçmiş Sovet İttifaqından qalma nüvə silahından imtina edən ölkə kimi regionda və dünyada nüvə təhlükəsizliyinin təmin olunması istiqamətində səylərini davam etdirir.