​İranın nüvə proqramı ilə bağlı XİN başçılarının görüş tarixi açıqlanıb

Region
  • 13 iyun, 2015
  • 11:01
​İranın nüvə proqramı ilə bağlı XİN başçılarının görüş tarixi açıqlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi iyunun 20-də keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Bu mərhələdə İran və "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin xarici işlər nazirləri görüşəcək.

Qeyd edək ki, iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma sənədi imzalanmalıdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bununla bağlı deyib: "İyunun 30-dək razılaşmanın əldə olunması mümkündür".