İrandakı terrorda şübhəli bilinən daha iki nəfər tutulub

Region
  • 09 iyun, 2017
  • 10:14
İrandakı terrorda şübhəli bilinən daha iki nəfər tutulub
Tasnimnews.com

Bakı. 9 iyun. REPORT.AZ/ Tehranda terrorların törədilməsində şübhəli bilinən daha iki nəfər saxlanılıb.

“Report” “Təsnim”ə istinadən xəbər verir ki, şübhəlilər Kermanşah əyalətində tutulublar.

Polis əyalətin Selas-Babacani rayonunda keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində avtomobillərdən 92 ədəd yüngül odlu silah aşkarlayaraq götürüb.

Qeyd edək ki, bir müddət əvvəl 5 nəfərin tutulduğu və istintaqın başladığı barədə məlumat yayılmışdı. Onlar Suriyanın Rakka və İraqın Mosul şəhərlərində terrorçu İŞİD qruplaşmasının tərkibində olublar.

Xatırladaq ki, iyunun 7-də naməlum şəxslərin İran parlamentinin binasına və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumu nəticəsində 17 nəfər ölüb, 52 nəfər isə yaralanıb.

44 - Tezliklə