İranda zəlzələ nəticəsində ölənlərin sayı 2, yaralananların sayı 117 nəfərə çatıb - YENİLƏNİB

Region
  • 21 dekabr, 2017
  • 13:05
İranda zəlzələ nəticəsində ölənlərin sayı 2, yaralananların sayı 117 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 21 dekabr. REPORT.AZ/ İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə, yaralıların sayı isə 117 nəfərə çatıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qəza-xilasetmə xidmətinin nümayəndəsi Müctəba Xalidi deyib.


*** 14:43

İranda baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, azı 97 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mürtəza Salimi bildirib.

Onun sözlərinə görə, zəlzələ Tehran, Əlborz, Qəzvin, Qum, Gilan və mərkəz əyalətlərində qeydə alınıb.

M.Salimi deyib ki, hamilə qadın zəlzələ zamanı güclü həyacan keçirərək ölüb.

Xatırladaq ki, dekabrın 20-də Tehranın şimal-qərbində Kərəc şəhərinin 17 kilometrliyində 5,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı yerin 7 km dərinliyində yerləşib.

44 filmi