İranda zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb - FOTO - YENİLƏNİB-5
- 26 avqust, 2018
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 avqust. REPORT.AZ/ İranda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 3 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "IRIB" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 310 nəfər xəsarət alıb. Zəlzələ səbəbindən Kermanşah vilayətinin 8 kəndi elektrik enerjisindən məhrum olub.
***14:49
İranda baş vermiş zəlzələ zamanı ölənlərin və xəsarət alanların sayı artıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Xəbərdə bildirilir ki, təbii hadisə zamanı 241 nəfər xəsarət alıb. Bundan əlavə, daha 2 nəfər zəlzələnin qurbanı olub.
Qeyd edək ki, İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
***09:24
İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, təbii hadisə zamanı azı 232 nəfər yaralanıb. Məlumata görə, zəlzələ zamanı 1 nəfər həyatını itirib.
***08:10
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 140 nəfərə çatıb, daha 1 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə yerli Press TV telekanalı məlumat yayıb.
***04:37
Bakı. 26 avqust. REPORT.AZ/ İranda baş vermiş zəlzələ nəticəsində azı 1 nəfər ölüb, daha 58 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli "Press TV" telekanalı məlumat yayıb.
***02:58
Bakı. 26 avqust. REPORT.AZ/ İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.