İranda zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb - YENİLƏNİB

Region
  • 12 dekabr, 2017
  • 15:18
İranda zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 12 dekabr. REPORT.AZ/ İranın qərbindəki Kerman əyalətində baş vermiş 5.7 bal gücündə zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb. 

"Report"un TASS-a istinadən xəbər verir ki, bir neçə kənddə evlərə ciddi ziyan dəyib, elektrik xətləri və su təchizatı sistemləri sıradan çıxıb. 


*** 13:55

İranda 6,2 bal gücündə zəlzələ olub.

”Report” xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmologiya Mərkəzi yayıb. 

Zəlzələ günorta saatlarında baş verib.

Yeraltı təkanların mərkəzi İranın cənub-qərbində yerləşən Kirman əyalətinin Hejdak qəsəbəsində olub və 10 km. dərinlikdə qeydə alınıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər və həkim briqadaları cəlb olunub. 

Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.