İranda zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb
Region
- 13 noyabr, 2017
- 15:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 noyabr. REPORT.AZ/ İranın qərb bölgəsində zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb.
"Report" "Fars" agentliyə istinadən xəbər verir ki, bu barədə İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsgər Munisan bildirib.
"Zəlzələ Kermanşah əyalətində 5 tarixi obyektə, İlam əyalətində isə 7 abidəyə zərər verib. Onlar bərpa edilə bilər", - o deyib.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,3 bal gücündə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində İranda 407 nəfər ölüb, 6 mindən çox insan isə yaralanıb. İraqda isə zəlzələdə ölənlərin sayı 8 nəfərə, xəsarət alanlar isə 425 nəfərə çatıb.
Son xəbərlər
10:45
Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb
Region10:39
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
İnfrastruktur10:35
Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik"
İnfrastruktur10:33
Radek Şpicar: "Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər"
Biznes10:32
Radek Şpicar: "Azərbaycan yüksək inkişaf etmiş iqtisadiyyata keçiddə iddialıdır"
Biznes10:29
Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
İnfrastruktur10:28
Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir
İnfrastruktur10:23
DSMF-nin xərcləri 10 % artıb
Maliyyə10:21