İranda ordu və polis dövlət sərhədini birlikdə qoruyacaq

Region
  • 18 sentyabr, 2017
  • 12:07
İranda ordu və polis dövlət sərhədini birlikdə qoruyacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ İran sərhədboyu təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə ordu və polisin birgə komitəsini yaradacaq.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Əmir Xatəmi bildirib.

“Müdafiə Nazirliyi polisə pilotsuz uçan aparat, radar və hərbi optik texnika təqdim edəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İran 7 dövlətlə sərhəddir. Şimaldan, cənub-qərbdən və cənubdan dənizə çıxışı var. Sərhədlərinin ümumi uzunluğu 8 min km-dir, bunun üçdə biri dəniz sərhədləridir. Azərbaycan Respublikası ilə sərhədinin uzunluğu 611 km-dir. 

44 - Tezliklə