​İranda miqrantları aparan avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb

Region
  • 18 oktyabr, 2015
  • 21:10
​İranda miqrantları aparan avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ötən gün İranda paytaxt Tehran ilə Qum şəhəri arasındakı avtomobil yolunda mikroavtobusla yük maşını toqquşub.

"Report" xəbər verir ki, avtobusda Əfqanıstandan olan qeyri-leqal miqrantlar olub.

İlkin məlumatlara görə, qəza nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Yol-nəqliyyat hadisəsinin səbəbləri barədə məlumat verilmir.

44 - Tezliklə