İranda hakimiyyəti dəstəkləyənlərin yürüşü keçirilir

Region
  • 03 yanvar, 2018
  • 08:05
İranda hakimiyyəti dəstəkləyənlərin yürüşü keçirilir

Bakı. 3 yanvar. REPORT.AZ/ İranda hakimiyyəti dəstəkləyənlər yanvarın 3-də Tehranın küçələrində yürüş keçirib.

“Report” xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Aksiya iştirakçıları mövcud hakimiyyəti dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, dekabrın 28-də İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.