Tehranda sərnişin təyyarəsində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Region
  • 20 mart, 2019
  • 01:40
Tehranda sərnişin təyyarəsində baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Çərşənbə axşamı Tehranın Mehrabad beynəlxalq hava limanında sərnişin təyyarəsində baş vermiş yanğın söndürülüb, bütün sərnişinlər uğurla təxliyyə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Bildirilir ki, nəqliyyat vasitəsinin mühərriklərindən biri yanıb.


***22:35

İranın paytaxtı Tehran şəhərinin Mehrabad beynəlxalq hava limanında təyyarə yanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FARS agentliyinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, təqribən 50 sərnişini təxliyə etmək mümkün olsa da, 50-yə yaxın sərnişin göyərtədə qalıb. Əraziyə qəza-xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Başqa məlumat yoxdur.

Mehrabad Tehranın iki beynəlxalq aeroportundan biridir.