İranda baş vermiş zəlzələ nəticəsində 36 nəfər xəsarət alıb
Region
- 24 noyabr, 2017
- 11:32
Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına ziyan dəyib.
Əyalətin Böhran Vəziyyəti üzrə Xidmətinin nümayəndəsi Reza Əryainin sözlərinə görə, insanlar evlərini tərk etmək istədikdə xəsarət alıblar.
Məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsindən sonra yalnız 2 nəfər tibb müəssisəsində saxlanılıb, digərləri ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Son xəbərlər
15:19
Camal Hüseynov: Azərbaycanın 36,6%-i qarşıdakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək
Ekologiya15:13
Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
Qarabağ15:11
"Bank Respublika" "Access Bank"ı alır
Maliyyə15:11
Elçin Qasımov: Qarabağda minatəmizləmə əməliyyatlarına slovakiyalı mütəxəssislər cəlb ediləcək
Xarici siyasət15:10
Slovakiyanın müdafiə naziri Azərbaycana səfər edəcək
Xarici siyasət15:09
Adino Mustedanaqiç: "Mançester Yunayted"lə oyundan çıxaracağımız yaxşı dərslər var"
Futbol15:06
Səfir: Slovakiya Qarabağda yeni layihələr planlaşdırır
Xarici siyasət15:05
Aİ və Ukrayna dron alyansı çərçivəsində birgə fəaliyyətə start veriblər
Digər ölkələr15:01