İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb - YENİLƏNİB

Region
  • 27 dekabr, 2017
  • 08:40
İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 27 dekabr. REPORT.AZ/ İranda baş verən zəlzələ nəticəsində yaralıların sayı 75 nəfərə çatıb. 

“Report” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.


*** 11:56

İranda baş verən 4,2 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Əlborz bölgəsində olub.

Yeraltı təkanlar Tehrandan 39 km uzaqlıqda, 12 km dərinlikdə qeydə alınıb.