İran yeni pilotsuz təyyarəsini sınaqdan keçirib

Region
  • 23 may, 2016
  • 12:20
İran yeni pilotsuz təyyarəsini sınaqdan keçirib

Bakı. 23 may. REPORT.AZ/ İranın İsfahan şəhərində keçirilən hərbi təlimlər zamanı bu ölkənin istehsalı olan "Mühacir-M2" adlı yeni pilotsuz uçan aparat (PUA) sınaqdan keçirilib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, yeni PUA hazırkı təlimlər zamanı şərti düşmən kimi istifadə olunur.

İranın PUA-larını idarə edən "Vali-e Əsr" bölməsinin komandiri, polkovnik Reza Hakinin sözlərinə görə, "Mühacir-M2" bir sıra müasir cihazlar və sistemlərlə təchiz olunub və bu cihaz və sistemlərlə ondan həm hərbi, həm də mülkü məqsədlər üçün istifadə etmək olar.