İran XİN başçısı: "Ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının tələblərini pozmur"

Region
  • 15 mart, 2016
  • 06:10
İran XİN başçısı: Ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının tələblərini pozmur

Bakı. 15 mart. REPORT.AZ/ "İranın ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının tələblərini və İran nüvə proqramı üzrə şərtləri pozmur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Kanberrada avstraliyalı həmkarı Culi Bişopla görüşünün yükununda deyib.

"İran heç vaxt silahından, o cümlədən raketlərindən hansısa ölkəyə hücum etmək məqsədilə istifadə etmir. Bütün silahlarımız yalnız müdafiə məqsədilə istifadə oluna bilər", - deyə XİN başçısı bildirib.

44 filmi