İran Suriyanın şərqinə raket zərbələri endirib

Region
  • 01 oktyabr, 2018
  • 05:55
İran Suriyanın şərqinə raket zərbələri endirib

Bakı. 1 oktyabr. REPORT.AZ/ İranın İnqilab Keşikçiləri Qvardiyası Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbəsi endirib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı qvardiya yayıb.

Bildirilib ki, zərbələr İranın Əhvaz şəhərində törədilən terror aktına cavab olaraq endirilib.  

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhrində keçirilən hərbi parada edlən silahlı hücum nəticəsində 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Xatırladaq ki, Suriyanın şərqində terrorçu PKK-nın YPG və PYD adlı qolları da yerləşrir. Orada bu terrorçu qruplaşmaya ABŞ himayədarlıq edir. Türkiyə Ağ evdən həmin terrorçu qruplaşmanın ərazidən çıxarılmasını tələb edir.