İran prezidenti: "ABŞ-la münasibətlərin tamamilə bərpasına ümid edirik"
Region
- 27 yanvar, 2016
- 11:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 yanvar. REPORT.AZ/ "Sanksiyaların qaldırılması İran-ABŞ münasibətlərindəki problemləri həll etmir. Biz ABŞ-la münasibətlərin tamamilə bərpa olunacağına ümid edirik".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Romada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı gərginliyin aradan qaldırılması Tehrandan deyil, Vaşinqtondan asılıdır.
İran prezidenti sanksiyaların ləğvindən sonra ABŞ-dan mülki təyyarə almalarının, bu ölkəyə xalça, püstə və başqa yerli məhsullar satmalarının mümkün olacağını söyləyib.
H.Ruhani ABŞ şirkətləri ilə ortaq məhsul istehsal etməyə və amerikalıların sərmayələrini qəbul etməyə hazır olduqlarını vurğulayıb.
Son xəbərlər
16:50
BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
Xarici siyasət
16:32
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib
Maliyyə
16:30
CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
Digər ölkələr
16:30
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
Xarici siyasət
16:29
Foto
ƏSF ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıb
Maliyyə
16:26
Foto
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
Turizm
16:20
Zelenski: Ukrayna və Macarıstanın yaxınlaşması hər iki xalq üçün vacibdir
Digər ölkələr
16:16
Foto
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
Xarici siyasət
16:16
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hadisə