İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb - YENİLƏNİB - VİDEO

Region
  • 07 iyun, 2017
  • 07:10
İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb - YENİLƏNİB - VİDEO
Mehr

Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, parlamentə 4 silahlı şəxs hücum edib.

Parlamentin deputatı Hüseyn Nəğəvi Hüseyni bildirb ki, hücum edənlərdən biri tutulub, 3-ü isə parlamentin binasındadır.


*** 10:27

Bakı. 7 iyun. REPORT.AZ/ İran parlamentində bir neçə nəfər girov götürülüb.

“Report” “Tasnim”a istinadən xəbər verir ki, hazırda parlamentdə atışma gedir. 

İran parlamentinin Tehrandan olan deputatı İlyas Həzrəti bildirib ki, iyunun 7-də ikisi avtomat “Kalaşnikov”, biri isə tapança ilə silahlanmış 3 naməlum şəxs İran parlamentinin mühafizə xidmətinin əməkdaşları ilə atışmağa başlayıb. Məlumata görə, onlar mühafizəçilərin ayaqlarına atəş açıblar. İlkin məlumata görə, 3 nəfər ayağından yaralanıb.

Deputat Rəncbərzadə isə bildirib ki, hücum edənlərdən biri tutulub, yaralı mühafizəçi isə ölüb.

İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb - YENİLƏNİB - VİDEO