​İordaniya İrandakı səfirini geri çağırıb

Region
  • 18 aprel, 2016
  • 08:26
​İordaniya İrandakı səfirini geri çağırıb

Bakı. 18 aprel. REPORT.AZ/ İordaniya krallığı İrandakı səfirini məsləhətləşmə üçün geri çağırıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, rəsmi Amman bu addımını Tehran hakimiyyətinin krallığın daxili işlərinə qarışması ilə əlaqələndirib.