İlham Əliyev: "Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyada Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb"

Region
  • 09 oktyabr, 2018
  • 17:47
İlham Əliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyada Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş vermişdir. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

44 filmi