Hulusi Akar: "Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır"

Region
  • 23 fevral, 2023
  • 11:29
Hulusi Akar: Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır

“Türk Silahlı Qüvvələrinin 100 hərbçisi ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində həlak olub".

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri axtarış-xilasetmə tədbirləri üçün səfərbər olunub:

“Şəxsi heyətimiz böyük fədəkarlıqla işləyir".

Nazirin sözlərinə görə, Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır:

"Amma indiyədək təxminən 30 min suriyalı vətəninə qayıdıb".

44 filmi