Hulusi Akar Pakistanın hərbi istehsal naziri ilə görüşüb

Region
  • 11 avqust, 2021
  • 12:09
Hulusi Akar Pakistanın hərbi istehsal naziri ilə görüşüb
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistanın hərbi istehsal naziri Zobaida Calal ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıqdan məmnunluq duyduğunu ifadə edib və əməkdaşlığın dərinləşdirilməli olduğunu vurğulayıb.

Coşqun Əliyev

44 - Tezliklə