Həştərxan prokurorunun ölümünə əsas səbəb kimi silahla ehtiyatsız davranma göstərilir

Region
  • 23 avqust, 2015
  • 09:46
Həştərxan prokurorunun ölümünə əsas səbəb kimi silahla ehtiyatsız davranma göstərilir

Bakı. 23 Avqust. REPORT.AZ/ Həştərxan vilayətinin prokuroru Oleq Dupakın ölümünə silahla ehtiyatsız davranmanın səbəb olduğu əsas versiya kimi göstərilir.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridneva TASS-a bildirib.

"Ötən gün (22 avqust) həmkarımız, Həştərxan vilayətinin prokuroru Oleq Dupak faciəvi şəkildə dünyasını dəyişib. İstintaqaqədərki yoxlamalar zamanı versiyalar arasında silahla ehtiyatsız davranma əsas götürülür", - deyə Qridneva bildirib.

"Oleq Vladimiroviç əsl peşəkar idi, dəfələrlə rəhbərlik tərəfindən təşviq edilib, kollektiv ona hörmət bəsləyirdi, bu yaxınlarda yeni müddətə öz vəzifəsinə təyin edilmişdi", - deyə Qridneva bildirib.

Oleq Dupakın özündən sonra iki azyaşlı övladı qalıb.