Həbs edilmiş iş adamı Paşinyanın mətbuat katibi və aparat müavinini məhkəməyə verib
- 08 iyul, 2025
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Həbs edilmiş iş adamı Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan, hökumət aparatının müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyan əleyhinə məhkəməyə ərizə ilə müraciət edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.
S.Karapetyan cavabdehlərin hər birindən böhtan xarakterli bəyanatların ictimai təkzibi ilə yanaşı, 9 milyon dram (təxminən 23,6 min dollar) məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.
Qeyd edək ki, "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.
Daha əvvəl N.Baqdasaryan iş adamını "başqa ölkədən tapşırıqla" Ermənistanın daxili işlərinə müdaxilədə ittiham edib, həmçinin S.Karapetyan iddiasına görə, onun ünvanına bir sıra təhqiramiz ifadələr işlədib.
Öz növbəsində, T.Çaxoyan sosial şəbəkələrdə iş adamını "agent" adlandırıb və onun adını ölkədəki enerji böhranı və digər məsələlərlə əlaqələndirmişdi.
Oxşar ittihamlarla politoloq da çıxış etmiş, S.Karapetyanın xarici dövlətin maraqları naminə və Ermənistana qarşı fəaliyyət göstərdiyini bəyan etmişdi.
Qeyd edək ki, "Taşir" Qrupun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.