​Hakan Şükürün villasında axtarış aparılıb

Region
  • 16 avqust, 2016
  • 09:09
​Hakan Şükürün villasında axtarış aparılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı görülən istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə millisinin keçmiş oyunçusu Hakan Şükürün villasında axtarış aparılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, futbolçunun malikanəsində axtarış Hakan Şükür barəsində çıxarılan həbs qətimkan tədbiri qərarı əsasında aparılıb.

Qeyd edək ki, Sakarya məhkəməsinin qərarına əsasən keçmiş futbolçunun villası müsadirə edilib.