Hakan Fidan Ukraynada Volodimir Zelenski ilə görüşüb - YENİLƏNİB
- 25 avqust, 2023
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.
“Report” xəbər verir ki, Zelenski bu barədə teleqramda yazıb.
Onun sözlərinə görə, tərəflər bir çox mühüm məsələləri müzakirə edib: “Biz həmçinin sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq və Qara dəniz taxıl dəhlizinin blokadasının yaratdığı risklər barədə danışdıq”.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, H.Fidan daha sonra Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
16:29
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
H.Fidanın həmçinin ukraynalı həmkarı Dmitro Kuleba ilə də görüşü gözlənilir.