Hakan Fidan suriyalı həmkarı ilə regional məsələləri müzakirə edib

Region
  • 03 iyul, 2026
  • 22:16
Hakan Fidan suriyalı həmkarı ilə regional məsələləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsad əş-Şeybani ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, danışıq zamanı tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər.