Hakan Fidan Ankarada Rüstəm Umerovla görüşüb
Region
- 12 noyabr, 2025
- 23:33
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş Ankarada baş tutub.
Fidan və Umerovun müzakirə etdiyi mövzular açıqlanmayıb.
Daha əvvəl Umerov öz "Telegram" kanalında Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüşdə Rusiya ilə əsir mübadiləsi və Ukrayna ilə Türkiyə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Son xəbərlər
20:15
Foto
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib
Elm və təhsil20:00
Tramp İranla müharibəni nüvə sazişi olmadan başa çatdırmağı düşünür
Digər ölkələr19:51
Avstriya Baş naziri sabah Türkiyəyə səfər edəcək
Region19:39
Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb
Fərdi19:21
Rusiyanın Suriyadakı hərbi bazaları Dəməşqin nəzarətinə keçəcək
Digər ölkələr19:08
İran Məclisinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib
Region19:02
Foto
Video
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Hadisə18:37
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi18:31