Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir
Region
- 16 sentyabr, 2025
- 23:12
Gürcüstana xarici müdaxilələr açıq şəkildə baş verir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
O bildirib ki, ölkə cəmiyyəti milli maraqlar ətrafında düzgün səfərbər olunur və bu, xarici təsir və müdaxilələrə bir növ cavabdır.
Nazirin sözlərinə görə, son illər Gürcüstanın daxili işlərinə müdaxilələr artıq gizlədilmir, əksinə, açıq şəkildə həyata keçirilir:
"Biz görürük ki, Gürcüstanın daxili işlərinə açıq müdaxilə var. Xarici aktorların siyasətimizdə iştirakı da aydın görünür. Cəmiyyətimiz dəfələrlə daxili siyasətə təsir göstərmək məqsədi daşıyan bəyanatlar, qətnamələr və müxtəlif addımlarla qarşılaşıb. Bu proseslər seçkilər öncəsi etirazlara səbəb olmaq üçün edilir".
Son xəbərlər
03:37
Almaniyada naməlum dron hava limanının fəaliyyətini iflic edib
Digər ölkələr03:14
KİV: Karib dənizində gəmilərə zərbələr üçün ABŞ Konqresinin təsdiqi tələb olunmur
Digər ölkələr02:48
Serbiya DİN: Belqradda aksiyada polis əməkdaşı yaralanıb
Digər ölkələr02:24
Çexiya gələn il orduya iki mindən çox müqaviləli hərbçi cəlb edəcək
Digər ölkələr01:51
Belçikanın müdafiə naziri: Naməlum dronlar F-16-ları və sursatları izləyib
Digər ölkələr01:33
Foto
Göygöldə avtomobil qəzasında iki gənc ölüb, daha iki nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə01:03
Əfqanıstanda 6,3 maqnitudada zəlzələ olub
Digər ölkələr00:54
Filippində 5,5 maqnitudada zəlzələ qeydə alınıb
Digər ölkələr00:15