Gürcüstanın XİN başçısı türkiyəli həmkarına təşəkkür edib

Region
  • 23 yanvar, 2020
  • 14:08
Gürcüstanın XİN başçısı türkiyəli həmkarına təşəkkür edib
David Zalkaliani

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğluna ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəyanatına görə təşəkkür edib. 

"Report"un yerli bürosu xəbər verir ki, D.Zalkaliani "Twitter" hesabında Türkiyənin XİN başçısına dəstəyə görə minnətdarlığını bildirib. 

"Gürcüstanın NATO-ya üzvlüyə yorulmaz səylərini dəstəklədiyinizə görə minnətdaram. Dəstəyinizin önəmi Gürcüstanın hazırda üzləşdiyi problemləri nəzərə alaraq çox böyükdür. Biz NATO-ya üzvlük yoluna möhkəm olaraq sadiqiq", - nazir yazıb.

Qeyd edək ki, M.Çavuşoğlu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın NATO-ya üzvlüyünün vacib olduğunu bildirib.

44 - Tezliklə