Gürcüstanın müxalifət partiyasının sədri azadlığa buraxıldı
Region
- 10 may, 2021
- 12:45
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsxanadan buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş Prokururluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Baş Prokurorluğun ötəngünkü müraciəti N.Meliyaya qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub.
Qeyd edək ki, mayın 8-də Avropa İttifaqı VMHP sədrinin əvəzinə 40 min lari məbləğində girovu ödəyib.
N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunub. O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs edilib. Onun həbsi ölkədə siyasi böhranın yaranmasına səbəb olmuşdu.
Son xəbərlər
19:23
Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü başlayıb
Digər ölkələr19:22
Suriyada toqquşmada dörd nəfər ölüb
Digər ölkələr19:05
İsrail ordusu Livana zərbə endirib
Digər ölkələr19:01
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında təxirə salınan bir oyun keçirilib
Komanda18:52
Aİ ilə MERCOSUR arasında sərbəst ticarət sazişinin gələcəyi qeyri-müəyyəndir
Digər ölkələr18:43
Foto
Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib
Mədəniyyət18:26
Foto
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Region18:25
Aqrar Sığorta Fondu ötən ilki sığorta ödənişlərinin həcmini açıqlayıb
Maliyyə18:20