Gürcüstanın müsəlman icmasına dövlət vəsaiti ayrılıb
Region
- 12 yanvar, 2022
- 15:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda 2022-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına 2,2 milyon lari (təqribən 714 min dollar) həcmində vəsait ayrılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Erməni xristian icması 600 min lari, Roma katolik icması 400 min lari, yəhudi icması isə 300 min lari əldə edib.
Yerdə qalan 1 milyon larinin bölgüsü cari ilin sonuna qədər aparılacaq.
Qeyd edək ki, Gürcüstan əhalisinin 11%-ni müsəlmanlar təşkil edir.
Son xəbərlər
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya