Gürcü nazir: Vaşinqton razılaşması Cənubi Qafqazda sülhün möhkəmlənməsi üçün tarixi addımdır- YENİLƏNİB-2
- 21 oktyabr, 2025
- 16:33

Gürcüstan və Ermənistan müdafiə nazirləri regionda sülh və sabitliyin qorunmasının əhəmiyyətini qeyd ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, gürcü nazir İrakli Çikovani erməni həmkarı Suren Papikyana Gürcüstanın regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib və Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyannaməni Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsi baxımından "tarixi addım" kimi qiymətləndirib.
Ermənistan və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və İrakli Çikovani İrəvanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Papikyan və Çikovani Ermənistan-Gürcüstan əməkdaşlığının mövcud vəziyyətini yüksək qiymətləndirib, hər iki ölkənin silahlı qüvvələrində həyata keçirilən islahatlar barədə bir-birinə məlumat veriblər.
Gürcüstan müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfərə gedib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər Ermənistan müdafiə qurumuna istinadən məlumat yayıb.
O, erməni həmkarı Suren Papikyan ilə danışıqlar aparacaq.