Gürcüstanın Baş naziri Almaniya səfirinin fəaliyyətini tənqid edib

Region
  • 17 noyabr, 2025
  • 23:25
Gürcüstanın Baş naziri Almaniya səfirinin fəaliyyətini tənqid edib

Almaniyanın Gürcüstandakı səfiri Peter Fișer hər dəfə Vyana konvensiyasının konkret tələblərini kobud şəkildə pozur.

"Report"un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acaristan İctimai Televiziya və Radio Yayım Xidmətinin "Azad Məkan" verilişində bəyan edib.

"Onun hərəkətləri istənilən diplomatik standartlara tamamilə ziddir və o qədər məsuliyyətsiz hala gəlib ki, biz artıq bilmirik ki, belə davranışlara ciddi əhəmiyyət verməliyik, ya yox?!", – deyə Kobaxidze qeyd edib.

Baş nazir Gürcüstan tərəfindən səfirə qarşı gələcəkdə diplomatik addımların və ya prosedurların istisna olunmadığını bildirib.

"XİN bu məsələ ilə bağlı qərar qəbul edəcək, bəlkə də, məsləhətləşmələr aparacağıq", – deyə Gürcüstan hökumət başçısı vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti