Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib

Region
  • 15 aprel, 2020
  • 07:40
Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib

Bu ilin birinci rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiya edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Azərbaycan vətəndaşlarından biri 26-40 yaş qrupunda daxil olan qadın, digəri isə 41-65 yaş qrupuna daxil olan kişi olub.

Yanvar-mart aylarında qonşu ölkədən, ümumilikdə, 25 əcnəbi vətəndaş çıxarılıb. Gürcüstandan ən çox İran (5 nəfər), Kamerun (3 nəfər) və Türkiyə (3 nəfər) vətəndaşları deportasiya olunub.