Gürcüstandan bu il 4000-ə qədər qanunsuz miqrantın deportasiyası planlaşdırılır
- 16 fevral, 2026
- 22:06
2026-cı ildə ölkədən 4000-ə qədər qanunsuz miqrantın deportasiya edilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze bəyan edib.
Nazir qeyd edib ki, 2025-ci ildə ölkədən 1300-dən çox qanunsuz immiqrant deportasiya edilib:
"Təkcə bu il 400-dən çox qanunsuz immiqrant deportasiya edilib. Keçən həftə ictimaiyyətə 2025-ci ildə 1300-dən çox qanunsuz immiqrantın deportasiya olunduğunu elan etdim. Əlbəttə ki, bu, bizim prioritetimizdir və bu il ölkədən 4000-ə qədər qanunsuz immiqrantı deportasiya etməyi planlaşdırırıq".
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze əvvəllər əcnəbilərin işə götürülməsinin 1 mart 2026-cı il tarixindən etibarən qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacağını bildirib.