Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı artıb

Region
  • 30 iyul, 2020
  • 07:25
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı artıb

Gürcüstanda probasiya nəzarətində 29 Azərbaycan vətəndaşı saxlanılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. 

Həmin şəxslərin 28-i kişi, 1-i isə qadındır.

Ötən ayla müqayisədə qonşu ölkədə probasiya nəzarətinə alınan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər artıb.

Qeyd olunub ki, Gürcüstan həbsxanalarında 103 Azərbaycan vətəndaşı saxlanılır ki, onların 12-si ittiham olunan, 91-i isə məhkumdur.