Gürcüstanda müsəlman gənclər döyülüb, bir nəfər saxlanılıb
Region
- 13 yanvar, 2021
- 08:50
Gürcüstanın Quriya bölgəsində xristianlar və müsəlmanlar arasında dini zəmində fiziki qarşıdurma baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, ötən gün Çoxatauri rayonunun Buknari kəndindəki mübahisəyə səbəb müsəlman sakinlərin evdən dini ibadət yeri kimi istifadə etmələri olub.
İnsident zamanı 1985-ci il təvəllüdlü şəxs 17 yaşda olan iki müsəlman həmkəndlisinə daşla hücum edib. Başları yarılan gənclər xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.
Zorakılığa yol verən gənc artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin xəsarətlər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməlinə görə 6 aydan 1 ilədək həbs cəzası tətbiq olunur.
Son xəbərlər
19:03
Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb
Hadisə18:45
Türkiyədə meşə yanğınları ilə mübarizə vasitələrinin sayı açıqlanıb
Region18:26
Müctəba Xamenei ABŞ və İsraili hədələyib
Region18:13
Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb
Fərdi17:52
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb
Media17:50
Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək
Digər ölkələr17:46
Samur-Abşeron kanalında yeniyetmə batıb
Hadisə17:44
Foto
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib
Hərbi17:30