Gürcüstanda məcburi hərbi çağırış sistemi ləğv edilir
Region
- 20 aprel, 2016
- 15:05
Bakı. 20 aprel. REPORT.AZ/ Gələn ildən Gürcüstanda orduya məcburi hərbi çağırış olmayacaq. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tinatin Xidaşeli İctimai Televiziyaya müsahibəsində deyib.
O, Müdafiə Nazirliyinin artıq bu barədə qərar qəbul etdiyini söyləyib: "İndi bu qərar qanunvericiliklə dəstəklənməlidir. Başçılıq etdiyim nazirlik belə bir qərarı qəbul edib. Əgər bu quruma başqası rəhbərlik etsə, o, başqa qərar qəbul edər".
Nazir bildirib ki, 2017-ci ildən Gürcüstan Müdafiə Nazirliyi könüllülük əsasında hərbi çağırış sisteminə keçəcək: "Bu sistem NATO-ya üzv ölkələrin çoxunda tətbiq edilir və səmərəlidir".
Son xəbərlər
22:56
"İmişli" heyətini Rafael Vieqaş ilə gücləndirib
Futbol22:51
İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər
Region22:42
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb
Digər ölkələr22:40
Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur22:11
CENTCOM İranın blokadası çərçivəsində 96 gəmini başqa istiqamətə yönləndirib
Digər ölkələr21:55
Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanılıb
Region21:46
UEFA Çempionlar Liqası: "Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Futbol21:23
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub
Region21:17