Gürcüstanda koronavirusa yoluxanların sayı 22 nəfər artdı

Region
  • 17 aprel, 2020
  • 06:27
Gürcüstanda koronavirusa yoluxanların sayı 22 nəfər artdı

Gürcüstanda koronavirusa 22 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla qonşu ölkədə bu virusa yoluxanların sayı 370 nəfərə çatıb. COVID-19 infeksiyasına yoluxanların 77-si sağalıb, 3-ü isə dünyasını dəyişib.

Karantində 5 079, stasionar nəzarətdə isə 558 nəfər saxlanılır.