Gürcüstanda koronavirusa yoluxanların sayı 110-a çatdı

Region
  • 31 mart, 2020
  • 08:54
Gürcüstanda koronavirusa yoluxanların sayı 110-a çatdı

Gürcüstanda koronavirusa daha iki yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 110-a çatıb, onların 21-i sağalıb.

Karantində 4 995, stasionar nəzarətdə isə 278 nəfər saxlanılır.

Hazırda Gürcüstanda 89 aktiv COVID-19 infeksiyası daşıyıcısı var.