Gürcüstanda keçmiş nazir müavini bıçaqlanıb
Region
- 10 dekabr, 2018
- 14:35
Tbilisi. 10 dekabr. REPORT.AZ/ Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün Tbilisinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.
Z.Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Son xəbərlər
03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
Digər ölkələr01:49
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
Region01:20
Tramp BKS-dəki amerikalı astronavtlarla rabitə seansı keçirib
Digər ölkələr00:44
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
Region00:10
Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq
Region23:51
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb
Digər ölkələr23:36
Foto