Gürcüstanda İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı araşdırma aparılır

Region
  • 23 iyul, 2024
  • 08:09
Gürcüstanda İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı araşdırma aparılır
Bidzina İvanişvili

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və siyasi təşkilatın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə bir neçə gündür bu iş üzrə insanları dindirir. Onların əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.

44 - Tezliklə