Gürcüstanda işsizlik səviyyəsi artıb

Region
  • 19 noyabr, 2018
  • 09:07
Gürcüstanda işsizlik səviyyəsi artıb

Tbilisi. 19 noyabr. REPORT.AZ/ Gürcüstanda bu ilin III rübündə işsizlik səviyyəsi 12,2% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qonşu ölkədə işsizlik göstəricisi rüblük müqayisədə 0,1% artıb.

Gürcüstanda iqtisadi fəallıq səviyyəsi 64,3% təşkil edib. İşsizlik səviyyəsi kişilər arasında 13%, qadınlar arasında isə 11,3% olub.

Şəhər yerlərində bu göstərici 18,3%, kəndlərdə isə 6%-ə bərabər olub.

İşsizlik səviyyəsinin artması mövsümi faktorlarla, təhsil sektorunda çalışanların sayının azalması və dayələr arasında işlə təminatın aşağı olması ilə əlaqələndirilir.

Gürcüstanda cari ilin birinci rübündə işsizlik səviyyəsi 14% təşkil edib. Buna müvafiq olaraq, II və III rüblərdə işsizlik səviyyəsi azalma tendensiyası nümayiş etdirib.