Gürcüstanda hərbi xidmət müddəti azaldılır
Region
- 09 iyun, 2022
- 13:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda hərbi xidmət müddətinin 12 aydan 8 ayadək azaldılması planlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib.
Nazir deyib ki, bu məqsədlə çağırışçılar üçün Milli Hərbi Xidmətin yaradılması nəzərdə tutulub.
C.Burçuladzenin sözlərinə görə, milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. O, xidmət dövründə gənclərin yüksək səviyyədə ilkin döyüş hazırlığı əldə etmək imkanının olacağını vurğulayıb.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.
Son xəbərlər
09:15
Azərbaycanın qadın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Komanda
09:15
FHN: Bayramlarla əlaqədar qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb
Hadisə
09:14
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.11.2026)
Maliyyə
09:06
AFFA rəsmisi Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.11.2026)
Maliyyə
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Komanda
08:58
Hindistanda sərnişin qatarı relsdən çıxıb
Digər ölkələr
08:52
"Reuters": ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
Digər ölkələr
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya